“Nar” uşaqlara növbəti dəstəyini göstərib

“Nar” uşaqlara növbəti dəstəyini göstərib
  24 Yanvar 2019    Oxunub:1208
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “autizm spektr pozuntuları” diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib.
Belə ki, “Nar” autizm “spektr pozuntuları” diaqnozlu uşaqlarla işləyən "Birgə və Sağlam" İctimai Birliyini yüksəksürətli simsiz internet ilə təmin edib. “Nar”-ın təqdim etdiyi yüksəksürətli limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə inteqrasiya olunmaları üçün lazım olan proqramlardan və dərs vəsaitlərindən yararlana biləcəklər. Bundan başqa, “Nar” şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kashalata” kafedə çalışan yeniyetmə autizmli uşaqlar komputer və İT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdən rahatlıqla istifadə edə biləcəklər.

“Nar” bundan əvvəl də birliyin autizm simdromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı “Kashalata” kafe-atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli yeniyetmə uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir.

Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Azvision.az


Teqlər: Nar  





Xəbər lenti