Füzulidə ehtiyata buraxılan gənclər qarşılanıb
SHXÇDX-nin Füzuli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə qazanılan mühüm nailiyyətlər cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.
Çıxış edən valideynlər övladlarının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiklərini bildiriblər. Digər çıxışçılar bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıblar. Daha sonra, tədbir iştirakçıları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedərək ön xətdə xidmət edən N saylı hərbi hissənin hərbi qulluqçuları ilə görüşüblər.
Azvision.az
Teqlər: SHXÇDX