Gömrükdə 1 kq-dan çox heroin aşkar edilib

Gömrükdə 1 kq-dan çox heroin aşkar edilib
  24 Yanvar 2019    Oxunub:1829
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, məlumata əsasən DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarınınBiləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Heroin  





Xəbər lenti