Hadı Rəcəbli jurnalistlərə müraciət etdi: “Bizim yanımızda olmalısınız”

   Hadı Rəcəbli jurnalistlərə müraciət etdi:    “Bizim yanımızda olmalısınız”
  24 Yanvar 2019    Oxunub:2091
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə akkreditasiyadan keçən jurnalistlərə müraciət edib.
Azvision.az -ın məlumatına görə, H.Rəcəbli bildiirb ki, jurnalistlər hər hansı məsələdə anlaşılmazlıq olarsa, parlamentə müraciət etsinlər. Komitə sədri KİV nümayəndələrinə əməkdaşlıq etməyi təklif edib:

“İnanın, kütlə psixologiyasına uyan insanlarımız var. Sosial şəbəkələrdə yalanın birini yazırlar, bütün ölkəboyu müzakirə olunur. Bir nəfər soruşmur ki, bəlkə belə deyil? Biz hər zaman jurnalistlərlə görüşürük. Parlament jurnalistlərinə müraciət edirəm ki, siz bizim yanımızda olmalısınız. Təəssüflə qeyd etmək istərdim ki, bura gəlib-gedənlərin arasında mənfur düşüncəyə sahib insanlar var, onlar yanlış fikir yayırlar. Sanki, bilərəkdən belə edirlər. Əlbəttə ki, problemsiz cəmiyyət yoxdur, bunu kim inkar edir ki?”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Parlament   Hadı-Rəcəbli  





Xəbər lenti