Ramil Usubovdan növbəti kadr dəyişikliyi

 Ramil Usubovdan növbəti kadr dəyişikliyi
  24 Yanvar 2019    Oxunub:8206
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Azvision.az xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev vəzifəsindən azad edilib. O, Bakının Nəsimi Rayon Polis İdarəsinə rəis təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilib.

Polkovnik Əbülfət Əhəd oğlu Rzayev Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ kafedrası”nın müəllimidir. Tədqiqat sahəsi isə Azərbaycan Respublikasında inzibati icraatın xüsusiyyətləri və İnzibati prosesdir.

Qeyd edək ki, hazırda Yevlax, Şəki, Mingəçevir və Şəmkir Rayon Polis Şöbələrinin rəis vəzifələri boşdur.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: DİN   Təyinat  





Xəbər lenti