Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verib

   Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verib
  24 Yanvar 2019    Oxunub:3450
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Heydər-Əliyev-Fondu  





Xəbər lenti