Yanukoviçə 13 il həbs cəzası verildi

 Yanukoviçə 13 il həbs cəzası verildi
  24 Yanvar 2019    Oxunub:2956
Ukraynanın sabiq prezidenti, hazırda Rusiyada yaşayan Viktor Yanukoviç barəsində cinayət işi üzrə məhkəmə yekun qərar qəbul edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Yanukoviç dövlətə xəyanətdə ittiham olunub. O, Ukraynaya qayıdacağı təqdirdə 13 il müddətinə həbs olunacaq.

Qeyd edək ki, V.Yanukoviç 22 fevral 2014-cü il tarixində əhalinin kütləvi narazılığından sonra ölkədən qaçıb, parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.

Azvision.az



Teqlər: Yanukoviç  





Xəbər lenti