64 yaşlı keçmiş baş nazir həbs olundu

  24 Yanvar 2019    Oxunub : 1608
 64 yaşlı keçmiş baş nazir həbs olundu
Şotlandiya polisi keçmiş baş nazir Aleks Salmondu saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə məlumatı "Evening Standard" nəşri yayıb. Bildirilib ki, 64 yaşlı keçmiş baş nazir bu gün Edinburqda məhkəmə qarşısına çıxacaq. Polis A. Salmondun həbs edilməsi xəbərini təsdiq edib.
Qeyd olunub ki, ötən ilin yanvarında administrasiyanın iki əməkdaşı 2013-ci ildə Salmond tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalmaları barədə polisə şikayət etmişdilər. İttihamla bağlı hökumət tərəfindən gizli araşdırma aparılıb və sənədlər ötən ilin avqust ayında polisə təqdim olunub.

Salmond 2007-ci ildən 2014-ci ilədək Şotlandiya hökumətinin başçısı vəzifəsində çalışıb, ölkənin müstəqil olmasının tərəfdarı olub.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Şotlandiya   Həbs