Makron da Venesuelada “dövlət çevrilişini” dəstəkləyir

  Makron da Venesuelada “dövlət çevrilişini” dəstəkləyir
  24 Yanvar 2019    Oxunub:2514
Fransa prezidenti Emmanuel Makron Venesuelada baş verənlərə münasibət bildirərkən bəyan edib ki, “öz azadlıqları” uğruna mübarizə aparan venesuelalıların cəsarətini dəstələyir.
Azvision.az xəbər verir ki, bu barədə Makron ""Tvitter" səhifəsində yazıb.

“Mən, öz azadlıqları naminə ayağa qalxan yüz minlərlə venesuelalının cəsarətini alqışlayıram”, - deyə Makron vurğulayıb.

Fransa prezidentinin sözlərinə görə, 2018-ci ilin mayında Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun qələbə qazandığı “qeyri-leqitim seçkilərdən” sonra Avropa Venesuelada demokratiyanın bərpasını dəstəkləyir.

Qeyd edək ki, Venesuelada davam edən etiraz aksiyaları fonunda dünən parlamentin (Milli Assambleya) sədri və müxalifətin lideri Xuan Quaydo müvəqqəti hökumətin fəaliyyəti müddətində özünü dövlətin müvəqqəti rəhbəri elan edib. ABŞ başda olmaqla, beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanısa da, Venesuelada real və qanuni güc hələ də prezident Nikolas Maduronun əlindədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Venesuela   Fransa  





Xəbər lenti