Lerikdə əməliyyat: 4 nəfər tutuldu

   Lerikdə əməliyyat:    4 nəfər tutuldu
  24 Yanvar 2019    Oxunub:3148
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan çəkisi 270 qram marixuana götürülüb.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, ​Polis əməkdaşları tərəfindən aparılan tədbirlərlə narkotik vasitəni onlara satmaqda şübhəli bilinən Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov da müəyyən edilib. Görülmüş tədbirlərlə onlar saxlanılıblar.

E.Əmənovdan 235 qram, N.Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilərək götürülüb. ​Araşdırma aparılır.

Azvision.az





Teqlər: DİN   Narkoitk  





Xəbər lenti