“Özəl məktəblərdə təhsil haqları tənzimlənməlidir” - İsa Həbibbəyli
"Bu gün dərsliklərdəki mürəkkəb texnologiyanın, şagirdlərin dünyagörüşünə uyğun gəlməyən formullar sadələşdirilməlidir. Bunu valideynlər də belə istəyir. Təhsil Nazirliyi də bu isiqamətdə iş aparır. Bildiyimə görə, ilkin mərhələdə proses başa çatmaq üzrədir. Biz bu məsələni Təhsil Nazilriyi ilə birgə parlamentdə müzakirə etmək istəyirik. Çünki biz ancaq bu istiqamətdə nazirliyin işinə töhvə verə bilərik”.
Komitə sədri qeyd edib ki, təhsildə ödəniş qiymətlərinin tənzimlənməsi məsələsi əmək bazarının təlabatına uyğun olaraq tələb və təklif əsasında sərbəst qaydada müəyyən olunmalıdır.
"Ancaq müəyyən tənzimləyici orqana ehtiyac var. Çünki bəzi şişirtmələr mövcuddur. Yeni bəndin salınmasını təklif edirəm. Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üzrə müvafiq nəzarəti həyata keçirə bilər”.
Anar Kəlbiyev
Azvision.az