"Maduronun vaxtı bitib" - Portuqaliyanın XİN başçısı

  24 Yanvar 2019    Oxunub : 847
"Maduronun vaxtı bitib" - Portuqaliyanın XİN başçısı
Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva Venesuelada baş verən etirazlara münasibət bildirib.
Azvision.az xəbər verir ki, "Lusa" agentliyinə müsahibə verən nazir Venesuela prezidenti Nikolas Maduronu istefaya çağırıb:

"Venesuela prezidenti Nikolas Maduro anlamalıdır ki, "onun vaxtı bitib". Rəsmi Lissabon kimi AB ölkələri də Venesuelada növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır. Maduro başa düşməlidir ki, onun vaxtı artıq bitib və xalqın iradəsini nəzərə almaya bilməz çünki Milli Assambleyaya hörmət etmək lazımdır".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Venesuela   XIN