ABŞ Suriyaya əlavə qoşun göndərib

   ABŞ Suriyaya əlavə qoşun göndərib
  24 Yanvar 2019    Oxunub:2517
ABŞ hərbçilərini Suriyadan çıxarmaq üçün bu ölkəyə əlavə qoşun göndərib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, piyadalardan ibarət olduğu ehtimal edilən qoşun kontingenti ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının Suriyadan çıxarılması zamanı hərbi obyektlərin mühafizəsini təmin edəcək.

Qeyd edək ki, dekabrın 19-da ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib.

Azvision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti