Xanım jurnalistə dövlət orqanında vəzifə verildi

Xanım jurnalistə dövlət orqanında vəzifə verildi
  25 Yanvar 2019    Oxunub:5467
Tanınmış jurnalist Səfurə Çərkəzqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.
Azvision.az xəbər verir ki, məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı təsdiq edib.

Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi” qəzetlərində, “Lider”, ARB televiziyalarında çalışıb.

Nazirlikdəki təyinatdan öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldur. “And olsun atlara!” və “Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Azvision.az



Teqlər: ƏƏSMN   Jurnalist  





Xəbər lenti