Yeni vəkil bürosu fəaliyyətə başlayıb

Yeni vəkil bürosu fəaliyyətə başlayıb
  25 Yanvar 2019    Oxunub:3579
Yanvarın 24-də Vəkillər Kollegiyasının rəhbərliyi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun açılış mərasimində iştirak edib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, qonaqları yeni fəaliyyətə başlamış büronun ofisi ilə tanış edən direktor Faiq Nağıyev görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqla təchiz olunduğunu bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni fəaliyyətə başlamış büroda aparılmış işləri və təchizatı yüksək qiymətləndirib, bu qurumun indiyədək fəaliyyət göstərən vəkil qurumları arasında ən nümunəvi, yüksək beynəlxalq standartlara uyğun təchiz edilmiş büro olduğunu qeyd edib.



Kollegiyanın sədri vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib.

Bundan başqa, görüş zamanı Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzularda müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Vəkil-Bürosu  





Xəbər lenti