“Bəziləri onlara verilən imtiyazlardan sui-istifadə edir” - Səməd Seyidov

  24 Yanvar 2019    Oxunub : 1066
 “Bəziləri onlara verilən imtiyazlardan sui-istifadə edir” - Səməd Seyidov
"Beynəlxalq ictimaiyyətin terrorizmə, terror təşkilatlarına qarşı mübarizə səyləri nəticəsində bu gün dünyamız bir az sabitləşib. Bu məsələdə Türkiyənin rolu əvəzedilməzdir. Türkiyənin terrorizmə qarşı apardığı mübarizə yüksək qiymətləndirilməlidir. Türkiyə müharibə qurbanlarına milyardlarla dollar xərcləməklə, İraqdan, Suriyadan milyonlarla qaçqını qəbul etməklə yanaşı, öz oğul və qızlarını regionda sülhün qorunub saxlanılması uğrunda qurban verib"
Bu fikirləri AŞPA-da “Türkiyədə müxalif siyasətçilərin vəziyyətinin pisləşməsi: Avropa Şurasına üzv dövlətdə onların əsas hüquqlarının qorunması üçün nə etməli?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Avropa Mühafizəkarları Qrupu adından çıxış edən AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

“Artıq vaxtdır. Bəzi “siyasətçilər” bizləri öldürənləri dəstəkləyirlər. Sual yaranır: ən təhlükəli nədir? Bizi “Kalaşnikov” silahı ilə öldürməyə cəhd edənlər, ya bizi öldürməyə cəhd edənlərə yardım edənlər? Bu hesabat bir daha göstərir ki, bəzi insanlar onlara verilən imtiyazlardan sui-istifadə edir, özlərini məsul siyasətçi kimi təqdim edirlər. Hamı qanun qarşısında bərabərdir” - deyə S.Seyidov vurğulayıb.

Vitse-prezident qeyd edib ki, kimsə terrorizm tərəfdarıdırsa, kiminsə zorakılığa çağırışları aydın görünürsə, ona siyasətçi demək olmaz. Əsl siyasətçi xalqının maraqlarını təqdim etməyə çalışır. Xalq da sülh axtarışındadır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib: “Biz indi deməliyik ki, kimin tərəfindəyik: dünyanı dəyişənlərin, ya Türkiyənin demokratiyasının, sabitliyinin tərəfində olanların? Əgər indi Türkiyəyə dəstək verilməsə, deməli, dəyərlərimizin əleyhinəsiniz. Çünki özlərini siyasətçi kimi təqdim edənlər parlamentinizə soxulublar. Sizin Avropa Parlamentində hakimiyyəti öz əllərinə almaq üçün əllərindən gələni əsirgəmirlər və gələcəkdə daha da böyük problemlər yaradacaqlar”. (AzərTAc)

Azvision.az

Teqlər: Səməd-Seyidov