Poroşenko və Timoşenkonun reytinqi bərabərləşib - Sorğu

  25 Yanvar 2019    Oxunub : 900
 Poroşenko və Timoşenkonun reytinqi bərabərləşib - Sorğu
Ukrayna prezidenti Pyotr Poroşenkonu növbəti dəfə prezident görmək istəyənlərin sayı artmaqdadır.

Mixail Draqomanov adına Sosioloji Mərkəzin keçirdiyi sorğunun nəticələrinə əsasən, prezident seçkiləri ilə bağlı Pyotr Poroşenko ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun reytinqi bərabərləşib.
Səsvermədə iştirak edənlərin 17,4 faizi Timoşenkoya, 17,1 faizi isə Poroşenkoya səs verib. 2018-ci ilin dekabr ayının sosioloji sorğusu ilə müqayisədə Poroşenko reytinqdə xeyli irəliləyib.

“Növbəti dəfə prezident seçkilərində kim qalib gələcək?” sualına sorğuda iştirak edənlərin 21,3 faizi Timoşenko, 21,1 faizi Poroşenko cavabını verib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Azvision.az

Teqlər: Ukrayna   Poroşenko   Timoşenko   Seçki