Venesuelaya hərbi müdaxilə masa üzərindədir – Tramp

   Venesuelaya hərbi müdaxilə masa üzərindədir –    Tramp
  25 Yanvar 2019    Oxunub:1764
ABŞ prezidenti Donald Tramp Venesuelada davam edən uzunmüddətli böhrana son qoymaq üçün bu ölkəyə hərbi müdaxilə variantının da masa üzərində olduğunu bildirib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo qanunsuz şəkildə özünü ölkənin prezidenti elan etdikdən sonra onun müvəqqəti hakimiyyətini tanıyan Tramp, jurnalistlərin “Venesuelaya hərbi güc tətbiqi də nəzərdən keçirilirmi?” sualına cavabında belə deyib.

“Biz nəyisə nəzərdən keçirmirik. Amma bütün variantlar masa üzərindədir” – Tramp vurğulayıb.

ABŞ dövlət katibi Mayk Pompeo isə bildirib ki, Venesueladakı siyasi böhran fonunda ABŞ bu ölkədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan istənilən tədbirə əl atacaq. Onun sözlərinə görə, Venesueladakı vəziyyətlə əlaqədar ABŞ-da atılacaq addımların kooordinasiyası ilə məşğul olan və gün boyu işləyən əməliyyat mərkəzi fəaliyyət göstərir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Venesuela   ABŞ  





Xəbər lenti