Azercell-in eksklüziv mağazası Zaqatalada açıldı

  25 Yanvar 2019    Oxunub : 1249
Azercell-in eksklüziv mağazası Zaqatalada açıldı
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir.
Şirkət bu ilin ilk Eksklüzivini Faiq Əmirov küçəsi 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca Azercell Eksklüziv mağazalarının sayı 21 təşkil etdi. Qeyd edək ki, yeni Eksklüziv mağaza ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər istədiyi məhsulu sınaqdan keçirə, həmçinin onları müqayisə edə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri aktiv etməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar yardım edir. Həmçinin mağazada müştərilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Eksklüziv ofislərdə nömrənin digər abunəçinin adına rəsmiləşdirməsi və izahlı qaimə əməliyyatı istisna olmaqla, bütün digər Azercell xidmətlərindən faydalanmaq mümkündür.



Azercell Zaqatala şəhərindəki müştəriləri üçün xüsusi kampaniya da keçirir. Belə ki, yanvarın ayının 24-dən etibarən 7 gün ərzində, Zaqatala Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50%-dək endirimdən yararlanmaq imkanı qazanacaq. Qeyd edək ki, Zaqatala Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 19:00 (fasiləsiz), Bazar günü 09:00 – 18:00 (fasiləsiz) abunəçilərə xidmət göstərəcək.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Azvision.az

Teqlər: Azercell