“Peşəkar kadrlar daha çox özəl sektora üz tutur” - DİM rəhbəri

 “Peşəkar kadrlar daha çox özəl sektora üz tutur” -    DİM rəhbəri
  25 Yanvar 2019    Oxunub:2790
"Bu gün dövlət sektoru ilə müqayisədə özəl sektorda əmək haqqının yüksək olması səbəbindən peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, bildirib ki, peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır: "Hazırkı mövcud qanunvericilikdə dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var. Lakin bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir, yəni pisdirsə töhmət, yaxşıdırsa təşəkkürnamə ala bilər. Bu fəaliyyətin nəticəsi dövlət qulluqçusunun əmək haqqına heç bir təsir göstərmir. Biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsündən çıxış etmişik".

DİM sədri əlavə edib ki, hər bir dövlət qulluqçusu öz işində kriteriyaları əvvəlcədən bilib işləyəndə, o daha həvəsli olacaq və maaşında müsbət təsiri olacaq: "Bu, gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarını artırmış olacaq, peşəkar mütəxəssislər işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklər".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti