Əli Hüseynli sosial şəbəkələrlə bağlı məsələ qaldırdı

  25 Yanvar 2019    Oxunub : 2489
 Əli Hüseynli sosial şəbəkələrlə bağlı məsələ qaldırdı
“İnformasiya texnologiyalarından istifadə zamanı insanların şərəf və ləyaqətinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi çox fundamental məsələdir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Əli Hüseynli deyib. Onun sözlərinə görə, bu məsələnin tənzimlənməsi digər qanunlarda əksini tapıb, amma tam təmin edilməyib.

"İnternetdən ən çox gənclər istifadə edir. Təəssüf ki, bəzi hallarda məhz informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin toxunulmazlıq hüququnu pozurlar"

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Əli-Hüseynli