“Bir milyondan artıq insan bələdiyyələrdən məhrum olunub” - Arif Rəhimzadə

   “Bir milyondan artıq insan bələdiyyələrdən məhrum olunub” -    Arif Rəhimzadə
  25 Yanvar 2019    Oxunub:2348
"Azərbaycanda bir milyondan artıq vətəndaş bələdiyyələrdən məhrum olunub"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz".

A.Rəhimzadə qeyd edib ki, bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Arif-Rəhimzadə   Bələdiyyə  





Xəbər lenti