Nazir müavini deputatların narazılığına münasibət bildirib
Əhaliyə verilən heyvanlarla bağlı millət vəkillərinin tənqidlərinə münasibət bildirən M.Kərimlinin fikrincə, bütün tərəflər çalışmalıdır ki, özünüməşğulluq proqramı uğurla icra olunsun:
“Bu, prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən sosial layihədir. Layihə barədə hər hansı fikirlər varsa, biz həmin fikirlərin konstruktiv dialoq şəkilində həllini tapmasının tərəfdarıyıq”.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında deputatlar Musa Quliyev və Araz Əlizadə özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı bəzi hallarda narazılığın olduğunu bildiriblər. Deputatlar buna görə nazirliyi ittiham ediblər.
Aytən Zəhra
Azvision.az
Teqlər: ƏƏSMN Mətin-Kərimli