Güclü külək əsəcək - Xəbərdarlıq

 Güclü külək əsəcək -    Xəbərdarlıq
  25 Yanvar 2019    Oxunub:1932
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azvision.az



Teqlər: ETSN   Külək  





Xəbər lenti