Arif Rəhimzadə narazılıq etdi, cavabı gecikmədi

   Arif Rəhimzadə narazılıq etdi, cavabı gecikmədi
  25 Yanvar 2019    Oxunub:2596
“Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də köməklik göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız”
Azvision.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: “Axı, onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: “O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəniz, biz onu necə icra edə bilərik?”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti