Kürdəmirdə ağır yol qəzası - 4 nəfər xəsarət alıb

 Kürdəmirdə ağır yol qəzası -  4 nəfər xəsarət alıb
  25 Yanvar 2019    Oxunub:2795
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az




Teqlər: Kürdəmir   Qəza  





Xəbər lenti