Sumqayıtda liftdə qalanlar xilas edilib

  25 Yanvar 2019    Oxunub : 880
Sumqayıtda liftdə qalanlar xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Sumqayıt