DİN-dən əməliyyat: Narkotik alverçiləri tutuldu

  26 Yanvar 2019    Oxunub : 1651
 DİN-dən əməliyyat: Narkotik alverçiləri tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini S.Babayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə S.Babayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini M.Mütəllimzadə və ona da narkotik vasitəni satmaqda şübhəli bilinən Müşfiq qəsəbə sakini N.Abdullayev saxlanılıblar. N.Abdullayevdən metamfetamin aşkar edilərək götürülüb.

Eyni zamanda , Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini V.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə V.Rəhimova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini A.Cəfərov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin və marixuana götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik