Birinci vitse-prezidentin göstərişi icraata götürülüb - “Azərenerji”

  Birinci vitse-prezidentin göstərişi icraata götürülüb -    “Azərenerji”
  26 Yanvar 2019    Oxunub:2866
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.
Bu barədə Azvision.az -a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

Azvision.az


Teqlər: Azərenerji  





Xəbər lenti