“Sosial şəbəkələr mənəvi terror alətinə çevrilir” - Baş nazirin müavini

 “Sosial şəbəkələr mənəvi terror alətinə çevrilir” -  Baş nazirin müavini
  26 Yanvar 2019    Oxunub:3104
Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror, təhqir etmək alətinə çevrilir.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov YAP Gənclər Birliyi tərəfindən keçirilən “Sosial şəbəkələr və müasir gənclik” adlı konfransda deyib.
Baş nazirin müavini bildirib ki, sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Bu təsirin müsbət cəhətləri etiraf olunmalıdır: “Amma çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamam başqa məqsədlər və niyyətlərlə istifadə edirlər. Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir, ayrı-ayrı insanları, qrupları təhqir etmək alətinə çevrilir, ləyaqətdən, etikadan kənar ifadələrdən istifadə edilir. Bütün bunlar sosial şəbəkələrin bir alət kimi istifadə olunması ilə əlaqədar narahatlıqlarımızı artırır. Biz istərdik ki, sosial şəbəkələrdən istifadə edənlərin hər biri söz və mətbuat azadlığı üçün yaradılmış bu geniş imkanlardan yararlanmaqla yanaşı, mənəvi dəyərləri unutmasınlar, etik qaydalara riayət etsinlər, buradan mənəvi terror, təhqir etmək vasitəsi kimi istifadə etməsinlər”.

Ə.Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycanda siyasi mübarizə bir sıra hallarda mənəviyyatsızlıq mübarizəsi kimi özünü göstərir: “Müxalifətçilik məfkurəsi bəzi hallarda mənəvi dəyərlərin ayaq altına atılıb tapdalanması fonunda və formasında özünü büruzə verir”.(Trend)

Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti