Daha bir oğurluq faktının üstü açıldı - FOTO
Davam etdirilən tədbidlərlə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Cavidan Bədəlov və bir yeniyetmə saxlanılıb. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq Mübariz Əhmədova məxsus evdən ümumilikdə 642 manat dəyərində ev əşyalarını və Çingiz Hüseynova məxsus mağazadan isə 650 manat dəyərində pul, siqaret və kontur oğurladığı müəyyən edilib.
Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməlini etiraf edib. Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az