Daha bir oğurluq faktının üstü açıldı - FOTO

Daha bir oğurluq faktının üstü açıldı -    FOTO
  26 Yanvar 2019    Oxunub:1552
Tərtər rayonunda bir qrup sakini müxtəlif vaxtlarda Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evdən və mağazadan oğurluq olunması barədə məlumat verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.



Davam etdirilən tədbidlərlə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Cavidan Bədəlov və bir yeniyetmə saxlanılıb. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq Mübariz Əhmədova məxsus evdən ümumilikdə 642 manat dəyərində ev əşyalarını və Çingiz Hüseynova məxsus mağazadan isə 650 manat dəyərində pul, siqaret və kontur oğurladığı müəyyən edilib.



Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməlini etiraf edib. Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Tərtər   Oğurluq  





Xəbər lenti