Allahşükür Paşazadə İnquşetiyanın rəhbəri ilə görüşüb

Allahşükür Paşazadə İnquşetiyanın rəhbəri ilə görüşüb
  27 Yanvar 2019    Oxunub:1750
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da orada səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb.
Bu barədə Azvision.az -a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak edib. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilib.

Şeyxülislamla görüşü zamanı bu tədbirləri yüksək dəyərləndirən İnquşetiyanın rəhbəri Y.Yevkurov qardaşı saydığı Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edib. Görüşdə Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

Azvision.az



Teqlər: QMİ   Şeyx  





Xəbər lenti