Deputatın İsveçrədə ölən oğlu Bakıda dəfn edilib

 Deputatın İsveçrədə ölən oğlu Bakıda dəfn edilib
  27 Yanvar 2019    Oxunub:4305
Milli Məclisin deputatı Əsabil Qasımovun İsveçrədə dünyasını dəyişən oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

Azvision.az -ın məlumatına görə, 29 yaşlı E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Sabah Heydər məscidində mərhumun 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, E.Qasımov bir neçə gün əvvəl İsveçrədə kanata minib, bu zaman onun qan təzyiqi qalxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Əsabil-Qasımov   Deputat   Dəfn  





Xəbər lenti