Əmək qanunvericiliyinə dair mexanizm hazırlanır
M.Kərimli BMK ilə qeyd olunan istiqamətdə əməkdaşlığın, həmçinin bu əməkdaşlığın davamı kimi, BMK-nın ekspert qrupu ilə nazirliyin aidiyyəti qurumları, o cümlədən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında keçirilən görüşlərin önəmini diqqətə çatdırıb. O bildirib ki, riskə əsaslanan yoxlamalar sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi, müvafiq normativ-hüquqi bazanın hazırlanması üçün müzakirələrin aparılması və təkliflərin bildirilməsi baxımından həmin görüşlər faydalı olub.
BMK-nın nümayəndələri ölkəmizin əmək müfəttişliyi sistemində aparılan islahatlardan bəhs edib, bu islahatlar prosesində birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Görüşdə risklərin qiymətləndirilməsi prinsipi üzrə yoxlamaların hüquqi çərçivəsinin yaradılması və qabaqcıl beynəlxalq təcrübə əsasında praktik mexanizmlərinin qurulması üçün müvafiq iş planı üzrə aparılan işlər və birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələr müzakirə olunub.
Azvision.az
Teqlər: ƏƏSMN