Həbibi məğlub edən azərbaycanlı idmançı dünyasını dəyişib - Yenilənib

  27 Yanvar 2019    Oxunub : 9054
Həbibi məğlub edən azərbaycanlı idmançı dünyasını dəyişib - Yenilənib
Qarışıq döyüş növləri (MMA) və Sambo üzrə turnirlərin qalibi olmuş azərbaycanlı idmançı Xamis Məmmədov dünyasını dəyişib.

Azvision.az-ın məlumatına görə, bir neçə gün əvvəl qripə yoluxan idmançının anidən vəziyyəti pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün Sabirabad rayonunun İşıqsalahlı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

"Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi.







Azvision.az

Teqlər: Xamis-Məmmədov