Toy vaxtı otelin divarı uçdu - 15 nəfər öldü

  Toy vaxtı otelin divarı uçdu -    15 nəfər öldü
  28 Yanvar 2019    Oxunub:2554
Perunun Abankay vilayətində yerləşən “Alambra” otelində faciə yaşanıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, toy məclisi zamanı otelin divarı uçub. Hadisə nəticəsində 15 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
Ölən və xəsarət alanların hamısı toya gələn qonaqlar olub. Uçqun vaxtı toyun keçirildiyi zalda 100-ə yaxın insan olub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub.

Azvision.az



Teqlər: Otel   Uçqun   Toy  





Xəbər lenti