“Allah eləməsin, bu hadisə Azərbaycanda baş versəydi…” - Azay Quliyev

  27 Yanvar 2019    Oxunub : 2727
“Allah eləməsin, bu hadisə Azərbaycanda baş versəydi…” - Azay Quliyev
Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. İnsan hüquqları carçıları yenə Ermənistanı görəndə gözlərini qapayıblar.
Azvision.az xəbər verir ki, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev "Tviter" hesabında bu hadisəyə özünəməxsus tərzdə münasibət bildirib: "Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz".



Azvision.az

Teqlər: Azay-Quliyev