Şəkiyə yeni polis rəisi təyin edilib

   Şəkiyə yeni polis rəisi təyin edilib
  28 Yanvar 2019    Oxunub:13433
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Azvision.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi təyin edilib. Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov isə sərəncama götürülmüşdü.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti