Milli Məclis yeni ildə ilk plenar iclasa toplanacaq

 Milli Məclis yeni ildə ilk plenar iclasa toplanacaq
  28 Yanvar 2019    Oxunub:1811
Bu həftə Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 38 məsələ daxil edilib.

İclasda İnzibati Xətalar, Seçki, Əmək, Cəzaların İcrası, Ailə Məcəllələrinə və bir sıra qanunlara dəyişiklik ediləcək. Həmçinin, Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti