Reklam qurğuları ilə bağlı prosedur sadələşdirilir

Reklam qurğuları ilə bağlı prosedur sadələşdirilir
  28 Yanvar 2019    Oxunub:1667
Reklam qurğularının tikintisinə icazənin verilməsi proseduru sadələşdirilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 81-ci (Reklam qurğularının tikintisinə icazənin verilməsi) maddəsinə əsasən, hazırda açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir.

Dəyişikliklə isə reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq.

Qeyd edək ki, layihə parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Reklam   Qurğu   MM  





Xəbər lenti