Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
  28 Yanvar 2019    Oxunub:1718
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xızı Rayon Polis polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Altıağac qəsəbə sakini 30 yaşlı Rəşad Bağırov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Həmçinin Şabran RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə uğurlu əməliyyat-axtarış tədbirlər həyata keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər 48 yaşlı Cavid Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 20 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Polis   Narkotik  





Xəbər lenti