“Danışıqlar prosesində mövqelərimiz kifayət qədər güclənib” - Prezident

“Danışıqlar prosesində mövqelərimiz kifayət qədər güclənib” -  Prezident
  28 Yanvar 2019    Oxunub:1838
"Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimiz kifayət qədər güclənib"

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə deyib.
Ölkə başçısı vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib.

“Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”,- deyən Prezident son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib.

Azvision.az



Teqlər: İlham-Əliyev   Qarabağ   Cəbhə   Müdafiə  





Xəbər lenti