4885 nəfərin ölkədən çıxışına qoyulan qadağa ləğv olunub

 4885 nəfərin ölkədən çıxışına qoyulan qadağa ləğv olunub
  28 Yanvar 2019    Oxunub:1969
Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin Azvision.az -a verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4885 nəfərin məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.

Vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən yaradılmış belə məhdudlaşdırmanın olub-olmamasını dərhal öyrənməyə imkan verən elektron xidmətdən istifadənin sayı ilbəil artaraq 2018-ci ildə 1.4 milyona çatıb.

Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti