Kür çayının səviyyəsi 8 santimetr azalıb

Kür çayının səviyyəsi 8 santimetr azalıb
  28 Yanvar 2019    Oxunub:2094
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 100 kubmetr olmaqla ongünlük normanın 64 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr təşkil etməklə ongünlük normanın 79 faizinə bərabərdir.

Yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 418, Şirvanda 299, Salyanda 257, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 135 santimetrə bərabərdir.

Azvision.az




Teqlər: Kür  





Xəbər lenti