“Bütün vasitələrdən istifadə edirik ki, torpaqlarımızı azad edək” - Prezident

  28 Yanvar 2019    Oxunub : 1654
 “Bütün vasitələrdən istifadə edirik ki, torpaqlarımızı azad edək” - Prezident
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə deyib.

Ölkə başçısı qeyd edib ki, bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir: "Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək"

Prezident onu da bildirib ki, bu gün dünyada güc amili ön plana çıxıb: "Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev