“Ordumuz döyüş meydanlarında öz gücünü göstərib” - Ölkə başçısı

 “Ordumuz döyüş meydanlarında öz gücünü göstərib” -    Ölkə başçısı
  29 Yanvar 2019    Oxunub:2518
"Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə deyib.

Ölkə başçısı qeyd edib ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir: "Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür".

Prezidentin sözlərinə görə, ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur: "Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti