Ötən il 83 nəfər yanaraq ölüb - FHN-nin statistikası

Ötən il 83 nəfər yanaraq ölüb -  FHN-nin statistikası
  29 Yanvar 2019    Oxunub:2251
Ötən il respublika ərazisində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ şəkildə 15 min 229 çıxış edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, bunun 2219-u çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 9946-sı açıq sahələrdə, 330-su nəqliyyat vasitələrində, 9-u meşə və meşə talalarında, 2725-i digər yerlərdə baş vermiş yanğınlarla əlaqədar olub.

Yanğın hadisələri zamanı 83 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 32 nəfər (63 faiz) çox, xəsarət alanlar üzrə 60 nəfər (27 faiz) azdır.

Azvision.az





Teqlər: FHN   Statistika  





Xəbər lenti