Paşinyan: “Biz də istəyirik ki, ölkəmizdən boru kəmərləri keçsin”

 Paşinyan:  “Biz də istəyirik ki, ölkəmizdən boru kəmərləri keçsin”
  29 Yanvar 2019    Oxunub:3114
Ermənistan öz ərazisindən Rusiya və eləcə də digər ölkələrin tranzit qaz boru kəmərlərinin keçməsini istəyir.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “RBK” telekanalına müsahibəsində bəyan edib.
“Ermənistan Rusiyadan enerji asılılığının azaldılmasının tərəfdarı olan və “Şimal axını-2” kimi layihələri öz təhlükəsizliklərinə təhdid olaraq qiymətləndirən ölkələr sırasına qoşulmağı plandırırmı?” sualına Paşinyan cavab verib:

“Təəssüf ki, indi Ermənistanda “Şimal axını-2” tikilmir. Amma biz də ölkəmizdən, məsələn, A məntəqəsindən B məntəqəsinə qaz, yaxud neft tədarük edən hansısa tranzit boru kəmərinin çəkilməsində maraqlıyıq. Ona görə də, biz bu cür layihələrə çox böyük maraq göstəririk”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   borukəməri   Rusiya  





Xəbər lenti