“Bu il pomidor ixracında problem olmayacaq” - Nazir

 “Bu il pomidor ixracında problem olmayacaq” -    Nazir
  29 Yanvar 2019    Oxunub:2129
"Rusiyaya pomidor ixracı zamanı qarşıya çıxan problemlerlə bağlı qarşı tərəf məlumatlandırılıb"
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, ixrac fəliyyəti çərçivəsində Rusiya tərəfilə danışıqlar aparılıb və qaldırılan bütün məsələlər öz həllini tapıb: "Pomidorun ixracı ilə bağlı lazım olan görüşlər təşkil olunub. Sonuncu dəfə ötən ilin dekabrında Rusiyada keçirilən iclasda məsələ müzakirə olunub. Hazırda bu sahədə hər hansı problem yoxdur. Bu il pomidor ixracında problem olmayacaq".

Ş.Mustafayev qeyd edib ki, ixracın dəstəklənməsilə bağlı qarşıya bir neçə məsələ qoyulub və təkcə keçən il 10 ölkəyə 11 ixrac missiyası həyata keçirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şahin-Mustafayev  





Xəbər lenti